A
vropanın digər ölkələrindən fərqli olaraq İtaliyada klassik feodalizm
dövründə mərkəzləşdirilmiş dövlət yaranmadı. İtaliya siyasi və iqtisadi cəhətdən dağınıq ölkə olaraq qalırdı. Buna baxmayaraq, İtaliya şəhərlərinin çoxluğu ilə seçilirdi. Burada 300-dək şəhər var idi. İnkişaf etmiş orta əsrlərdə İtaliya şəhərlər ölkəsi kimi tanınırdı.İtaliyada sənətkarlıq və ticarət
mərkəzləri olan iri şəhərlər digər
Avropa ölkələrinə nisbətən
daha
tez, IX—X yüzilliklərdə
meydana gəldi. Şəhərlər, bir
qayda olaraq,
çay və dənizlərin
yaxınlığında,
ticarət yollarının
kəsişdiyi yerlərdə, böyük monastırların
və iri feodal qəsrlərinin
yaxınlığında, həmçinin
qədim Roma qalalarının xarabalıqlarının
yerində salınırdı.
Şəhər sakinləri başlıca olaraq
sənətkarlıq və ticarətlə məşğul
olsalar da, hələ uzun müddət kənd təsərrüfatı ilə əlaqəni üzməmişdilər. Qala divarlarından xaricdə taxıl zəmiləri, bağ və bostanlar yerləşirdi. Otlaqlarda mal-qara sürüləri otlayırdı. Qala divarları ilə əhatə olunmuş şəhərlərin ərazisi kiçik olduğundan burada evləri iki-üç mərtəbəli tikirdilər. Şərq ölkələrindəki şəhərlərlə müqayisədə burada su kəmərləri və kanalizasiyanın yoxluğu nəticəsində natəmzilik baş alıb gedirdi. Şəhərlərdə yeganə