olan Konstantinopola yönəltdi.
1204-cü ildə xaçlılar Konstantinopolu
hücumla tutaraq qarət
etdilər.
Xaçlıların bu şəhər üzərində
ağalıqları 50 ildən çox davam
etdi. Öz paytaxtlarını qaytarmaq
üçün uzun müddət
mübarizə aparan bizanslılar,
nəhayət, səlibçiləri şəhərdən
qova bildilər. Bizans imperiyası
yenidən bərpa olunsa da, əvvəlki
qüdrət və əzəmətini itirdi.
Şərq ölkələrini istila etmək
üçün daha 4 xaçlı yürüşü
təşkil edildi. Lakin XIII yüzilliyin
sonlarında səlibçilər Şərqdə
tutduqları bütün ərazilərdən
qovuldular.
VIII yüzilliyin ortalarından
Pireney yarımadasında Kordova
xilafəti müstəqil dövlət kimi
fəaliyyət göstərirdi.
Orta əsrlər dövründə müsəlman
İspaniyası Avropanın
mədəni və iqtisadi cəhətdən ən
inkişaf etmiş ərazisi idi. Burada
müsəlmanlarla yanaşı, xristian
və yəhudilər də yaşayırdılar.
Xristian və yəhudilərin sərbəst
şəkildə öz dini inanclarını,
ayinlərini yerinə yetirmələrinə
imkan verilirdi. Kordova elm,
mədəniyyət, sənətkarlıq və
ticarət mərkəzi idi. Burada universitet,
mədrəsələr, hər birində
on minlərlə əlyazma kitablar
saxlanılan kitabxanalar, Şərq
üslubunda inşa edilmiş yüzlərlə
hamam, gecələr küçələri
işıqlandırmaq üçün lampalar
var idi. Qərbi Avropadan elmi
bilikləri artırmaq, müsəlman
alimlərindən dərs almaq, cəbr
və astronomiyanı öyrənmək
üçün avropalılar Kordovaya
gəlirdilər. Avropada indi də istifadə
edilən rəqəmlərlə tanışlıq
Kordovadan başlamışdı.
Müsəlman memarlığının ən
gözəl nümunələri indi də İspaniyada
qalmaqdadır. Sevilyada
inşa edilən Əl-Kəsar sarayqalası,
Qranadada yerləşən
Əl-həmbra sarayı müsəlman
memarlığının inciləri sırasına
daxildir. Kordova xilafətinin
ticarət gəmiləri Aralıq dənizi
hövzəsində yerləşən İtaliya, Bizans,
Abbasi xilafəti, Şimali Afrika
ölkələri ilə ticarət əlaqələri
saxlayırdı. Ərəblərin İspaniyanı
ələ keçirdiyi zamanlardan başlayaraq
papalar bütün xristianları
və müsəlmanları İspaniyadan
qovub çıxarmaq üçün xaçlı
yürüşünə çağırırdılar.
Vahid dövlət halında olan
Kordova xilafəti bu hücumların
qarşısını ala bilirdi. Lakin daxili
çəkişmələr nəticəsində Kordova
bir neçə müstəqil əmirliklərə
parçalandı. Səlibçilər parçalanmış,