Birinci xaçlı yürüşündə xaçlıların uğur qazanmasının əsas səbəbi Böyük Səlcuq dövlətinin zəifləməsi idi. Qüdsün itirilməsi səlcuqların müsəlman aləmindəki mövqeyinə ağır zərbə vurdu. Məğlubiyyətlə barışmaq istəməyən Səlcuq sultanlıqları və bəylikləri ümumi düşmənə qarşı qüvvələrini birləşdirdilər. Bu, tezliklə öz bəhrəsini verdi. Mosul əmiri xaçlıları məğlub edib bəzi əraziləri azad etdi. Buna cavab olaraq ikinci xaçlı yürüşü başladı. Lakin bu yürüş xaçlıların məğlubiyyəti ilə başa çatdı. Bundan sonra xaçlılar daha ağır zərbə aldılar. Misir hökmdarı Səlahəddin Əyyubi xaçlı ordusunu darmadağın edib Qüdsü azad etdi. Qüdsü geri almaq üçün Müqəddəs Roma imperatoru, Fransa və İngiltərə krallarının iştirakı ilə təşkil edilən üçüncü xaçlı yürüşü də uğursuzluqla nəticələndi. Dördüncü xaçlı yürüşünə Papa III innokenti rəhbərlik edirdi. Əvvəlki yürüşlərdən fərqli
olaraq bu dəfə dəniz yolu ilə getmək qərara alınmışdı. Bu məqsədlə güclü dəniz donanmasına malik olan Venesiyadan gəmilər kirayə
edilmişdi. Venesiya Şərq ölkələri ilə ticarətdə Bizansla rəqabət aparırdı. Katolik kilsəsinin də patriarxla düşmənçiliyi yürüşün istiqamətini Bizansın paytaxtı