olunan yeganə təşkilat katolik
kilsəsi idi. Roma şəhəri və ətrafındakı
ərazilər Papa vilayəti
adlanırdı. Bu ərazini papa öz
mülkiyyəti kimi idarə edirdi.
Katolik kilsəsi həmçinin ən iri
torpaq sahibinə çevrilmişdi.
Avropada becərilən torpaqların
1/3 hissəsi kilsəyə məxsus idi.
Bütün Qərbi Avropa əhalisi kilsəyə
onda bir vergisi ödəyirdi.
Hər bir xristian dini mərasimlər
üçün (xaç suyuna salınma,
kəbin və s.) kilsəyə pul ödəməli,
saysız-hesabsız xristian
müqəddəslərinin şərəfinə keçirilən
bayramlara öz gəlirindən
pay ayırmalı idi.
Papalar özlərini tanrının yer
üzərində canişini elan edib
istənilən şəxsi bağışlamaq
hüququna malik sayaraq indulgensiya*
- "cənnət qəbzləri"
satışlarını həyata keçirirdilər.
Toplanan sərvətlərin çox hissəsi
Romaya göndərilirdi. Papa
Avropada ən varlı şəxs idi.
Bir sıra dövlətlərin kralları
papadan borc alırdılar. Katolik
kilsəsinin sərvət toplamaqda,
israfçılıqda, xalqı aldatmaqda
tənqid edənlər kilsə tərəfindən
təqib olunurdu. Onlar bidətçi,
yəni dinindən dönən adlandırılırdı.
Bidətçilər inkvizisiyaya - kilsə
məhkəməsinə verilir, əmlakları
kilsənin xeyrinə müsadirə
edilirdi.
Papalar Qərbi Avropa üzərində
siyasi hakimiyyətə sahib olmaq
uğrunda Almaniya imperatorları
ilə mübarizə aparırdılar.
Papaların nüfuzu o qədər
artmışdı ki, İngiltərə, Polşa və
Danimarka kralları özlərini papanın
vassalı hesab edirdilər.