A
vropa xristianlarının şərq-müsəlman ölkələrinə qarşı apardıqları
Səlib* yürüşləri dünya tarixində böyük təsir gücünə, mühüm nəticələrə səbəb olmuşdur.
Qərbi Roma imperiyasının
xarabalıqları üzərində öz
dövlətlərini quran Avropanın
"barbar" başçıları xristianlığı
qəbul edərək bu hakimiyyətin
İsa peyğəmbər tərəfindən
onlara verildiyini iddia etməyə
başladılar.
Bütün bunlar Qərbi Avropada
xristian dinini möhkəmləndirdi.
Papa və patriarx arasında
xristianların vahid lideri olmaq
üstündə mübarizə 1054-cü ildə
xristian dini və kilsəsinin rəsmi
olaraq bölünməsi ilə nəticələndi.
Qərb kilsəsi katolik (ümumdünya),
Şərq isə pravoslav (həqiqi
din) kilsəsi adlandı.
Qərbi Avropada feodal dağınıqlığı
dövründə vahid,
mərkəzləşmiş qaydada idarə