Get-gedə artan feodal pərakəndəliyi
ticarət əlaqələrinin
daha da zəifləməsinə səbəb
olurdu.
Buna görə də ayrı-ayrı
feodal mülklərində yaşayan
sənətkarların düzəltdikləri
məhsullar bazara çıxarılmaq
üçün yox, orada yaşayan əhalinin
tələbatını ödəmək
üçün
nəzərdə tutulurdu. Bu, natural
təsərrüfat adlanırdı.
Feodalizmin ilk mərhələsində Avropa kəndliləri azad və təhkimlilərə bölünürdülər. Təhkimli kəndlinin feodalın yanından çıxıb getmək, hətta onun icazəsi olmadan evlənmək hüququ belə yox idi. Bəzi Avropa ölkələrində təhkimli kəndli hətta qul kimi alına və satıla bilərdi. Feodal münasibətləri inkişaf etdikcə azad kəndlilər də təhkimli halına salınırdılar.
Feodalizm dövründə kəndlilərin
əsas istismar vasitəsi
biyar idi. Biyar ilin əvvəlcədən
müəyyən edilmiş günlərində
kəndlilərin öz iş heyvanları ilə
torpaq sahibləri üçün havayı
işləməsi idi. Kəndlilər bəzən
həftənin 3 gününü biyara
çıxmalı olurdular. Kəndlilərin
istismarının digər forması
torpaqdan istifadəyə görə
alınan məhsul vergisi idi. Bu
vergi bəzən məhsul töycüsü
də adlandırılır. Kəndli becərdiyi
məhsulun müəyyən bir
hissəsini feodala və ya dövlətə
ödəməli idi. Bu istismar
forması uzun müddət davam
etmişdir. Feodalizmin dağılması
ərəfəsində məhsul vergisi
pul töycüsü ilə əvəz olundu.
Ticarət və sənətkarlığın inkişafı
nəticəsində tədricən natural
təsərrüfat aradan qalxır, bazar
üçün istehsal olunan məhsullar
artırdı. Buna görə də feodallar
vergiləri məhsulla deyil, pulla
almağa başladılar.
Feodalizm dövründə Şərq və
Qərb kəndlilərinin ödədikləri
vergilər o qədər də fərqlənmirdi.
Onlar torpaq sahibləri ilə yanaşı, həm də dini idarələrə vergi verirdi. Bu vergi, adətən, kəndlinin əldə etdiyi məhsulun onda birini təşkil edirdi.
Kəndlilərin ağır istismara məruz qalmasına baxmayaraq, feodalizmin yaranması bəşər tarixinin inkişafında mühüm rol oynamışdır. Quldarlıq quruluşundan fərqli olaraq, dünya xalqlarının çoxu bu tarixi mərhələni keçmişdir. Feodalizmə keçid müxtəlif ölkələrdə ayrı-ayrı dövrlərdə baş vermişdir. Şərq ölkələrində bu quruluş daha tez yaranmış və Qərb ölkələrinə nisbətən daha gec dağılmışdır. Bəzi xalqlar (ərəblər, türklər, almanlar və monqollar)
icma quruluşundan birbaşa feodalizmə keçmişdir. Bunun əsas səbəbi həmin xalqların qalibiyyətli müharibələr nəticəsində geniş ərazilərə malik dövlətlər qurması ilə bağlı idi.
1. Erkən feodalizm dövrü
Şərqdə III—XI, Avropada isə
V-XI yüzillikləri əhatə edir.
2. İnkişaf etmiş və ya klassik
feodalizm dövrü XI-XV
yüzillikləri əhatə etmişdir.
3. Son feodalizm dövrü
Avropada XVI—XVII yüzilliklərdə, Şərqdə isə XVI—XIX
yüzilliklərdə mövcud olmuşdur.
Bu mərhələdə məhsuldar
qüvvələrin inkişafı, satış üçün
istehsal edilən malların artması,
natural təsərrüfatın dağılması
nəticəsində feodalizm
yeni ictimai quruluşla əvəz
edilməyə başladı. Bu dövr
Şərqdə XIX yüzilliyə qədər
davam etmişdir.