böyük xidmətlər göstərmişdir. Əmir Teymur da Çingiz xan kimi dövləti uluslara bölmüşdü. Ulusları idarə edən valilər müəyyən qədər əsgər verməli, vergilərin yığılması və mükəlləfiyyətlərin yerinə yetirilməsinə nəzarət etməli idi.
Əmir Teymur vəfat etdikdən sonra varisləri arasında hakimiyyət uğrunda mübarizə başladı. Bu mübarizədə oğlu Şahrux qalib gəldi. Şahrux paytaxtı Herat şəhərinə köçürdü və Azərbaycan Qaraqoyunlu dövlətini asılı hala saldı. Osmanlı və Qızıl Ordu dövlətləri ilə də normal münasibətlər quruldu. Şahruxun ölümündən sonra
hakimiyyətə oğlu Uluqbəy gəldi. O, məşhur astronom idi və dövlətin mədəni həyatına daha çox fikir verirdi. Osmanlı dövləti ilə münasibətlərdə də mədəni əlaqələr üstünlük təşkil edirdi. Ancaq siyasi bacarığı zəif olduğundan uzun müddət hakimiyyətdə qala bilmədi. Bu dövrdə Mərkəzi Asiyada yeni bir dövlət - Şeybani dövləti yaranmışdı. Şeybanilər Teymuri dövlətində olan daxili çəkişmələrdən istifadə edib bir sıra əraziləri, xüsusilə Buxara və Səmərqənd şəhərlərini ələ keçirdi. Şeybani işğalları nəticəsində Teymuri dövlətinin ərazisi yalnız Xorasanla məhdudlaşdı.
Teymurilərin sonuncu güclü
hökmdarı Hüseyn Bayqara
hakimiyyətə gəldikdən sonra
itirilmiş torpaqlar geri qaytarıldı,
dövlətin nüfuzu bərpa olundu.
Lakin onun ölümündən sonra
Şeybanilər yenidən teymurilərə
qarşı mübarizəni gücləndirdi.
1507-ci ildə səfəvilərin himayə
etdiyi Teymuri hökmdarı
taxtdan salındı və Xorasan ələ
keçirildi.
Bununla da Teymuri dövlətinin
varlığına son qoyuldu.
Ancaq şeybanilərin Xorasanı
ələ keçirməsi Səfəvi-Şeybani
qarşıdurmasının əsasını qoydu.