türk dünyasının gələcəyi üçün
faciəli oldu. Osmanlıların Qərbə
doğru irəlilədiyi bir dövrdə
baş verən bu döyüş Avropanı
xilas etmiş oldu. Beləliklə, Teymuri
dövləti Qobi səhrasından
Balkan yarımadasınadək olan
geniş ərazilərə sahib oldu.
Əmir Teymurun vəfatı Çin üzərinə
yürüşün baş tutmamasına
səbəb oldu.
ərazilərini, xüsusilə şərq vilayətlərini
ələ keçirdi.
Əmir Teymur zəngin sərvətləri
olan Hindistana yürüş etmək
istəyirdi. Bu dövrdə Hindistanda
hakimiyyətdə Dehli sultanlığı idi.
Sultanlıqla hakimiyyət uğrunda
aparılan mübarizə onu zəiflətmiş,
xarici hücumlara şərait yaratmışdı.
Əmir Teymur yaranmış
vəziyyətdən istifadə etmiş, XIV
yüzilliyin sonlarında Hindistana
hücum edərək buranı işğal
etmiş və zəngin sərvətlərini ələ
keçirmişdi.
XV yüzilliyin əvvəllərində
Teymur dövrün digər böyük
türk dövləti olan Osmanlı İlə
toqquşmalı oldu. Bunun bir sıra
səbəbləri var idi. Teymur Kiçik
Asiyaya yürüş etməklə bəzi
xırda hakimlərin osmanlılara
qarşı çıxmasına şərait yaratdı.
Onlar müstəqilliklərini bərpa
etmək üçün Teymura müraciət
etmişdilər. Teymurun hələ XIV
yüzilliyin sonlarında məğlub
etdiyi Qaraqoyunlu Qara
Yusif və Cəlairi sultanı Əhməd
də Osmanlı sultanı I İldırım
Bəyazidə sığınaraq ona qarşı
kömək istəmişdilər. Teymur
onları Bəyaziddən istəsə də,
rədd cavabı almışdı. Həmçinin
o, ön Asiyanın mühüm ticarət
mərkəzlərinə sahib olmaq
istəyirdi. Bütün bunlar onların
arasındakı toqquşmanı qaçılmaz
etdi. 1402-ci ildə Ankara
yaxınlığında teymurilərlə
osmanlılar arasında döyüş baş
verdi. Əmir Teymurun Hindistandan
gətirdiyi döyüş filləri də
toqquşmanın gedişinə həlledici
təsir göstərdi.
Ankara döyüşündə Əmir Teymur
qalib gəlsə də, bu bütün
Teymurun müharibələri çox amansız idi. Çingiz xandan fərqli olaraq o, yürüşlərdə iqtisadi məqsədlər də güdürdü. Ölkənin iqtisadiyyatını İnkişaf etdirmək üçün ələ keçirdiyi ölkələrdən bacarıqlı və seçilmiş sənətkarları ölkəsinə gətirirdi. Başqa yerlərə gedən ticarət yollarını, xüsusilə Asiyadan Avropaya gedən yolları nəzarətdə saxlayırdı. Əmir Teymur Avropa ölkələri ilə birbaşa ticarət əlaqələri yaratmaq siyasəti yeridirdi. Bu addımla Teymur Avropa-Asiya ticarətində Səmərqəndin rolunu artırmaq istəyirdi.
Teymur daxili siyasətində nüfuzlu müsəlman ruhanilərindən də istifadə edirdi. O, islam dininin nüfuzunun artırılmasında