daxil olan Əmir Hüseyn və
Teymur ölkəni birgə idarə etməyə
başladılar. Çox keçmədən
müttəfiqlər arasında başlanan
mübarizə 1370-ci ildə Teymurun
qələbəsi ilə başa çatdı. O,
qurultay çağıraraq "əmir" və
ya "Turan əmiri" titulunu qəbul
etdi, yeni dövlətin Teymuri
dövlətinin əsasını qoydu.
Dövlətin paytaxtı Səmərqənd
şəhəri oldu.
Teymurun əsas məqsədi güclü
dövlət yaratmaq və feodal
dağınıqlığını aradan qaldırmaq
idi. Güclü monqol əmirlərinin
köməyini qazanmaq üçün yeni
torpaqlar və hərbi qənimətlər
lazım idi. Buna görə də o, böyük
müharibələrə başladı.
Teymur yaxşı anlayırdı ki, güc
yolu ilə yaradılan dövləti ancaq
qanunlarla qorumaq olar.
Bunun üçün o, "Teymurun qanunları"
adlı qanunlar toplusu
tərtib etdirdi.
Hakimiyyətinin ilk illərində Əmir
Teymur bütün Mərkəzi Asiyanı
ələ keçirdi. Ancaq Xarəzmin
tabe edilməsi XIV yüzilliyin
sonlarına qədər ləngidi.
Əmir Teymur digər qüdrətli
dövlət olan Qızıl Ordu ilə
uzunmüddətli mübarizə aparmalı
oldu. Bu mübarizədə Qızıl
Ordu hökmdarı Toxtamış xan
xüsusilə fərqlənirdi. Toxtamış
xanın hakimiyyətə gəlməsində
Əmir Teymurun böyük rolu olsa
da, hakimiyyət əldə etdikdən sonra o, Qafqaz və Ön Asiya uğrunda Teymurla mübarizəyə başladı. Toxtamış xanın iddiasına görə, bu ərazilər Çingiz xanın vəsiyyətinə əsasən onlara çatmalı idi. Mübarizə 1395-ci ilə qədər davam etdi. Terek çayı sahilində baş verən həlledici döyüşdə Əmir Teymur Toxtamışı ağır məğlubiyyətə uğratdı. Döyüş nəticəsində əmir Teymur Qızıl Ordunun zəngin