Sultan Süleymanın dövründə Osmanlının əraziləri daha da genişləndi. Tarixdə "Möhtəşəm" və "Qanuni" adları ilə tanınmış Sultan Süleymanın hakimiyyət illərində Osmanlı özünün qüdrətli zirvəsinə çatdı. Bu dövrdə osmanlılar Avropanın içərilərinə qədər irəlilədi və Şimali Afrikada xeyli ərazilər ələ keçirdilər.
məruz qaldı. 1402-ci ildə
Ankara yaxınlığındakı döyüşdə
Əmir Teymur Osmanlı üzərində
qələbə qazandı. Bu döyüşdə
Osmanlının məğlubiyyətinə
sevinən Roma papası 3 gün
fasiləsiz olaraq kilsə zənglərinin
çalınması barədə göstəriş
vermişdi.
Dövlətin qüdrətini bərpa edən
Sultan II Mehmet 1453-cü ildə
Konstantinopolu tutdu. Şəhərin
adı dəyişdirilərək İstanbul
qoyuldu və paytaxt oraya
köçürüldü. Bu qələbədən sonra
"Fateh" adı qazanan II Mehmet
həm qərbdə, həm də şərqdə
geniş ərazilər ələ keçirdi.
Sultan Səlimin isə əsas hücum
hədəfi şərqdəki türk-müsəlman
dövlətləri - Azərbaycan
Səfəvi dövləti və Misir Məmlük
sultanlığı oldu. Azərbaycanda
möhkəmlənə bilməyən I Səlim
Misiri Osmanlı dövlətinin tərkibinə
qatdı.