Orxan Qazidən sonra hakimiyyətə gələn oğlu Murad sultan elan edildi. Onun
hakimiyyəti dövründə paytaxt Ədirnəyə köçürüldü. 1371-ci ildə azsaylı Osmanlı ordusu
Çirman döyüşündə Balkan yarımadasına
yiyələnməyə çalışan Serbiya
krallığının 70 minlik qoşununu
darmadağın etdi. Serb əsgərlərinin çoxu geri qaçarkən çayda
boğulmuşdu.
Serblərin Çirməndəki məğlu- biyyətin əvəzini çıxmaq niyyəti boşa çıxdı. Onlar
1389-cu ildə Kosovo döyüşündə daha ağır məğlubiyyətə uğradılar.
I Muraddan sonra hakimiyyətə oğlu Sultan I İldırım Bəyazid
gəldi. O, Niqbolu döyüşündə səlibçilərin birləşmiş qüvvələri üzərində qələbədən sonra Bolqarıstanı tabe edərək Balkan yarımadasında Osmanlının
mövqelərini daha da gücləndirdi. I İldırım Bəyazidin əsas diqqəti Bizansın paytaxtı Konstantinopolu tutmağa yönəlmişdi. Bu məqsədlə o, Konstantinopolun ətrafında xeyli istehkamlar və qalalar inşa etdirdi. Lakin Osmanlı dövləti Əmir Teymurun hücumuna