XIII yüzilliyin sonlarında hakimiyyətə
gələn Əlaəddin uğurlu
hərbi əməliyyatlar keçirərək
Cənubi Hindistanı da tabe
etdi. Sultan Əlaəddin özünün
hakimiyyəti dövründə kifayət
qədər uğur qazanmışdı. O,
vergi sistemini nizama salmış,
ölkə iqtisadiyyatını sabitləşdirmiş
və monqol təhlükəsinin qarşısını
tamamilə almışdı.
XIV yüzilliyin sonlarında Dehli
sultanlığının zəifləməsindən
istifadə edən Əmir Teymur
buraya hücum etmiş və qarətlər
törətmişdi. Əmir Teymurun
Dehlini qarət etməsi ölkədə
vəziyyəti daha da ağırlaşdırmışdı.
Bəzi ərazilər isə ayrılaraq
müstəqil olmuşdu.
manların dini başçısı olan Abbasi xəlifəsi tərəfindən Hindistan sultanı kimi tanınması onun müstəqil sultan kimi
qanuniliyini gücləndirmişdi. Hakimiyyətinin son dövrlərində dövlətin sərhəd ərazilərinin mərkəzə sədaqətini gücləndirmək üçün iqta sistemini həyata keçirmiş, nizami ordu yaratmış, adına pullar kəsdirmişdir.