XIV yüzilliyin əvvəllərində Moskva
knyazlığı özünün yüksəliş
dövrünü yaşayırdı. Rus torpaqlarından
xərac alan Qızıl Ordu
xanları rus şəhərlərinə hücumlara
ara verdilər. Buna görə də
şəhər həyatında yüksəliş baş
verdi, rus şəhərlərinin qızğın
ticarət həyatı bərpa olundu.
Moskva iri sənətkarlıq və ticarət
mərkəzinə çevrildi. Xarici
təhlükələr də ölkənin birləşdirilməsi
zərurətini yaradırdı.
Knyazlıq Qızıl Ordu xanlarından
"Böyük knyaz" titulunu
almaq üçün mübarizəyə başladı.
Moskva knyazı Qızıl Ordu
xanından yarlıq aldı.
Moskva knyazlığı artıq Qızıl
Ordu ilə hesablaşmır, xəracı
vaxtlı-vaxtında ödəmirdi.
O, işğallar yolu ilə öz ərazisini
genişləndirməyə başladı.
XV yüzilliyin ikinci yarısında
knyaz III İvanın dövründə rus
knyazlıqlarının Moskva knyazlığı
ətrafında birləşdirilməsi
sürətləndi. Bu proses XVI yüzilliyin
əvvəllərində başa çatdı.
Vahid Rusiya dövləti yarandı.
1533-cü ildə IV İvan böyük
knyazlıq taxtına əyləşdi. O,
1547-ci ildə çar titulu qəbul etdi.
IV İvan Qroznı ilk rus çarı oldu.
O, mərkəzləşmiş idarəetmə
sistemini təşkil edərək dövlət
aparatını təkmilləşdirdi, hərbi
sahədə qayda-qanun yaratdı.
Mərkəzi hakimiyyətə qarşı
çıxan qüvvələrə divan tutuldu.
Rusiyanın işğalçılıq planlarında
Volqaboyu ərazilərə yiyələnmək
əsas məqsəd sayılırdı. Türk
xanlıqları daxilində baş verən
qarşıdurmalardan istifadə