qəfil hücum təşkil olunurdu.
İşğal olunan ərazilərdə şəhərlər
və kəndlər yandırılır, əhali
qılıncdan keçirilirdi. Bu, qorxu
yaradaraq yeni ərazilərin işğalı
zamanı əhalinin müqavimətini
qırmaq məqsədilə edilirdi.
İşğal olunan ərazilərdə feodal
dağınıqlığının hökm sürməsi,
ara müharibələri və vahid
dövlətin olmaması monqol
yürüşlərinə rəvac verirdi. Çox
vaxt bu ölkələrin hökmdarları
xalq kütlələrini silahlandırıb
monqollara qarşı göndərməkdən
qorxurdular.
1207-ci ildə Çingiz xan qalibiyyətli
hərbi səfərlərə başladı.
Çinin işğalına qədər Sibir və
Şərqi Türküstanı özünə tabe
etdi. 1215-ci ildə Pekin şəhəri
daxil olmaqla şimali Çinin işğalı
başa çatdırıldı. Çində həlledici
müvəffəqiyyətə imza atan Çingiz
xan əsas hərbi qüvvələrini
qərbə yönləndirdi və Xarəzmşahlar
dövlətinə hücum etdi.
Güclü ordusu olmasına baxmayaraq, Xarəzmşah Məhəmməd monqollarla açıq döyüşə girməkdən çəkindi. O daha çox şəhərlərin qala divarlarını möhkəmləndirməklə müqavimətə üstünlük verdi. Çingiz xan Xarəzmşahlar dövlətinin əsas mərkəzlərinə eyni vaxtda hücum etmək üçün ordunu hissələrə böldü. Şəhərlər dağıdıldı, əhalinin bir qismi qılıncdan keçirildi. Xarəzmşah Məhəmməd monqollara müqavimət göstərə bilmədi. Onun ölümündən sonra müqaviməti oğlu Cəlaləddin aparsa da, istəyinə nail ola bilmədi. Beləliklə, Mərkəzi Asiyanın işğalı başa çatdırıldı.