Çingiz xan geniş çöllərdə yaşayan bütün monqol və türk tayfalarını birləşdirdikdən sonra işğallara başladı. Sərt intizamlı güclü hərbi təşkilata malik olan idarəetmə sistemi yaradıldı. Qoşunda nizə ilə silahlanmış çevik atlı dəstələri ordunun əsas zərbə qüvvəsi idi. Əvvəlcə işğal edilməli ərazi seçilir, dəqiq kəşfiyyat məlumatları toplanmaq üçün oraya ticarət karvanları göndərilirdi. Həmin vasitələrlə ərazinin dəqiq məlumatları əldə edildikdən sonra