Avropada feodal münasibətlərinin yaranması Roma imperiyasının dağılması, qonşu xalqların hücumları və xristian dininin yayılması ilə müşayiət olunurdu. Nəticədə Qərbi Roma torpaqlarında yerləşən xalqlar öz dövlətlərini yaratdı. Əvvəlki tayfa başçıları krala çevrilir və ələ keçirdikləri torpaq sahələrini orada yaşayan kəndlilərlə birlikdə xidmət müqabilində keçmiş döyüşçülərinə verirdilər. Bu torpaqlar irsən keçirdi. Krallıqların əraziləri böyüdükcə paylanan torpaqların sahələri də genişlənirdi. Bu sahibkarlar torpaqlarını onlardan asılı olan vassallarına paylayırdılar. Nəticədə "feodal nərdivanı" deyilən bir sistem yaranır və feodal pərakəndəliyi artırdı.
Şərq feodalizm
Qərb feodalizmi
fərq
oxşar
fərq