Q
ədim zamanlardan etibarən monqollar Mərkəzi Asiyanın çöllərindən Altay
dağlarının qərbinə qədər geniş ərazilərdə yaşayırdılar. Ərazinin təbii quruluşu əkinçiliyə yararlı olmadığı üçün monqolların məşğuliyyəti, əsasən, ovçuluq və köçəri maldarlıq idi.və noyonlar dururdu. Özlərinə
tabe olan tayfaların sayını
artırdıqca onlara böyük xan
tərəfindən yeni ad - xan adı
verilirdi.
Monqol tayfalarından birinin
başçısı Temuçin nayman, kerait
və merkit tayfalarını məğlub
etdikdən sonra 1206-cı ildə
Onon çayı sahilində ona tabe
olan tayfaların başçılarının
iştirakı ilə qurultay çağırdı. O bu qurultayda böyük xan seçildi və Çingiz adını qəbul etdi (1206-1227). Beləliklə, Böyük Monqol xaqanlığının əsası qoyuldu. Qaraqorum şəhəri yeni dövlətin paytaxtı seçildi.
XII yüzillikdə artıq monqollar
arasında qəbilə münasibətləri
dağıldı. Tədricən maldar
təsərrüfatlar içərisində sosial
bərabərsizlik yaranmağa başladı.
Daha varlı təsərrüfatlar əsas
tayfadan ayrılmağa və digər
ərazilərə köç etməyə başladı.
Tayfalararası çəkişmələr, iqlim
şəraiti, otlaq sahələri uğrunda
mübarizələr monqolları yeni
ərazilərə köçməyə sövq edirdi.
Ona görə də yenicə yaranmağa
başlayan feodal münasibətləri
köçmə xarakteri daşıyırdı.
Bu dövrdə monqol çölləri
qəbilələrarası toqquşmalara
meydan olurdu.
Çingiz xandan qabaq dağınıq
halda olan monqollar tədricən
yeni birləşmələr - ordular
yaratdılar. Hərbi təşkilat olan
orduların başında bahadırlar