xəlifəsi Alp Arslanı "Müsəlmanların xilaskarı" və "İslamın nuru" adlandırdı.
Alp Arslan 1072-ci ildə böyük
bir ordu ilə Qaraxanlı torpaqlarına
yürüşə başladı. Lakin
sui-qəsd nəticəsində öldürüldü.
Hakimiyyətə oğlu I Məlikşah
(1072-1092) gəldi. I Məlikşahın
hakimiyyəti illəri Səlcuq dövlətinin
siyasi qüdrətinin çiçəklənmə
dövrü idi. Hələ atasının
zamanında vəzir olan Nizamülmülk
Məlikşahın hakimiyyəti
illərində də ona yaxından
kömək oldu.
I Məlikşah hakimiyyətinin ilk
günlərindən ölkədə daxili sabitliyi
qoruyub saxlamağa və Şərq
sərhədlərini möhkəmləndirməyə
başladı, imperatorluğun mərkəzini
İsfahana köçürən Məlikşah
yeni yürüşlər üçün hazırlıq görməyə
başladı.
O, qaraxanlıları məğlub edib
asılı vəziyyətə saldı və vergi
verməyə məcbur etdi. Məlikşahın
hakimiyyəti illərində dövlət
qərbdə Aralıq dənizinədək
olan böyük bir ərazini əhatə
edirdi.
I Məlikşah iqtisadiyyatın inkişafına
şərait yaradan addımlar
atmışdı. Belə ki vahid ölçü,
çəki və pul sistemləri yaratmış,
karvan yollarının təhlükəsizliyini
təmin etmiş və tacirləri bəzi
rüsumlardan azad etmişdi.
1092-ci ilə Məlikşahın ölümündən sonra varislərinin dövründə dövlət tədricən tənəzzül etməyə başladı.
Uzun sürən ara müharibələri və
tabe edilən xalqların üsyanları
dövləti zəiflətdi. Bu zəiflik Avropa
xaçlılarının hücumlarının
qarşısını almağa imkan vermədi
və Aralıq dənizi sahillərində
bəzi ərazilər itirildi.
Sonuncu Səlcuq sultanı Səncər
qaraxanlı və qəznəlilərə qarşı
uğurlu hərbi əməliyyatlar aparsa
da, monqol əsilli qarakitaylara
məğlub oldu. Qarakitaylar
Mavərənnəhri ələ keçirdilər.
Qeyri-müsəlman tayfanın Səncəri
məğlub etməsi müsəlman
əhali arasında onu nüfuzdan
saldı və bir çox ərazilər itirildi.
1157-ci ildə Sultan Səncərin
vəfatından sonra Böyük Səlcuq
dövləti süqut etdi.