Bizans imperatoru Roman Diogen bütün kişiləri, hətta Anadoluda yaşayan oğuzları və peçeneqləri orduya cəlb etdi. Artmaqda olan türk təhlükəsinin qarşısının alınması üçün Avropa dövlətlərindən də kömək istənildi. Bu tədbirlərdən sonra Diogen türk təhlükəsinin qarşısını alacağına və əvvəldən Anadoluya gələn türkləri də birdəfəlik buradan çıxaracağına əmin oldu. Bizans ordusu bu tədbirlərdən sonra Malazgird istiqamətində irəliləməyə başladı.
Tərəflər 1071-ci ilin avqustunda Malazgird düzənliyində qarşılaşdı. Türk süvariləri hər tərəfdən hücuma keçsə də, nəticəsiz oldu. Bu zaman türk ordusu "Turan taktikası" na əsasən döyüşə-döyüşə və pusqular quraraq geri çəkilməyə başladı. Döyüşün gedişində oğuzlar və peçeneqlər də öz soydaşlarının tərəfinə keçdilər. Vəziyyətin ağırlığını görən imperator geri çəkilmək əmri verdi.
Bundan
istifadə edən Alp Arslan
onların üzərinə qəti hücuma
keçərək döyüşün taleyini həll
etdi. Yaralanmış imperator türk
sərkərdələri tərəfindən əsir
götürüldü.
Alp Arslan böyük mərdlik
göstərərək Bizans imperatorunu
bağışladı və onunla sülh
müqaviləsi bağladı. Sülhün
şərtlərinə əsasən Bizans hər
il səlcuqlara vergi ödəməli və
Şərqi Anadolunu türk torpağı
kimi qəbul etməli oldu.
Dünya tarixində Malazgird
döyüşü mühüm dönüş nöqtəsi
hesab edilir. Çünki bu döyüşün
nəticəsi olaraq Anadolu
həmişəlik türk torpağı oldu. Bu
uğurlu döyüşdən sonra Abbasi