dura bilməyəcəyi qədər böyük
və təchizatlı bir ordu" olduğunu
qeyd edirdilər.
Səlcuqlar Mərv yaxınlığında,
Dəndənəkan qalası ətrafında
həlledici döyüşə girdilər. Üç
gün davam edən döyüşlərdə
səlcuqlar qəznəlilər üzərində
parlaq qələbə qazandılar. Dəndənəkan
qələbəsi səlcuqların
Mərkəzi Asiyada mövqeyini
möhkəmləndirdi, İrana və İraqa
yollarını açmış oldu. Toğrul
sultan elan edildi.
Dəndənəkan qələbəsindən sonra Mərv şəhərində böyük qurultay toplandı. Qurultayda yeni ərazilərin ələ keçirilməsi, Qaraxanlı və qəznəlilərlə toqquşmaqdansa, dağınıqlıq olan digər ərazilərə: Bizansa, Cənubi Qafqaza, xüsusilə Azərbaycana yürüşlər edilməsi qərara alındı. Yürüşlərin yaxın məsafədən idarə olunması üçün paytaxt 1043-cü ildə
Rey şəhərinə köçürüldü. Qısa
müddət ərzində böyük ərazilər
tabe edildi.
1054-cü ildə Cənubi Qafqaza
yürüş edildi. Bu yürüşdə əsas
məqsəd bölgənin müsəlman
dövlətlərini öz tərəfinə çəkmək
və digər dövlətlərə qarşı mübarizədə
onların qüvvəsindən
istifadə etmək idi.
Sultan Toğrul hakimiyyətini Abbasi
xəlifəsinin mənəvi nüfuzu
ilə gücləndirmək üçün 1055-ci
ildə Bağdada daxil oldu. Abbasi
xəlifəsi də Sultan Toğrula
tabe olduğunu bildirdi və onu
"Şərqin və Qərbin hökmdarı"
elan etdi. Bundan sonra
xəlifənin əlində yalnız dini
hakimiyyət qaldı. Beləliklə,
Sultan Toğrulun hakimiyyəti
dövründə səlcuqlar
Amudəryadan Fərat çayına
qədər böyük ərazilərin
sahibi oldu.
Sultan Toğrulun oğul
varisi olmadığından
onun vəfatından sonra
hakimiyyətə Çağrı
bəyin oğlu Alp Arslan
(1063-1072) keçdi.
O, ilk vəzifə kimi Oğuz
birliyini qorumaq, dövləti
daha da gücləndirmək üçün
hərəkətə keçdi. Alp Arslan Bizansla
əlaqə saxlayan erməni,
gürcü və abxazları məğlub
edib, Tiflis, Ani və Qars şəhərlərini
ələ keçirdi. Onun əsas
məqsədi isə Anadolunu türk
torpağına çevirmək idi.