Səlcuqlar onlara verilən
ərazilərlə kifayətlənməyib
1038-ci ildə Nişapur şəhərini
ələ keçirdilər. Beləliklə, mərkəzi
Nişapur şəhəri olan qüdrətli
türk dövləti - Böyük Səlcuq
dövləti yaranmış oldu.
Toğrul bəy burada Səlcuq idarə
üsulunu qurmağa və təşkilatlanmağa
başladı.
Bundan xəbər tutan Sultan
Məsud Hindistan səfərini
yarımçıq saxlayıb geri döndü.
1040-cı ildə 300 döyüş fili, 50
minlik ordu toplayıb səlcuqların
üzərinə hərəkət etdi.
Bu ordu say baxımından səlcuqlardan
üstün idi. Dövrün
tarixçiləri bu ordunu "Bütün
Türküstanın belə qarşısında