F
eodalizmin ilk əlamət-
ləri
quldarlıq quruluşu daxilində yaranmağa başlamışdır.Orta əsrlərdə hərbi
Quldarlığın bəzi qalıqları qorunub
saxlanırdı. Tayfa münasibətləri
hələ də qorunduğundan
meydana gələn dövlətlər,
adətən, coğrafi məkanla deyil,
sülalə ilə tanınırdı.
Feodalların torpaq sahibliyinin
irsi və şərti olmaqla iki forması
var idi. İrsi torpaq sahibləri
olan feodallar, əsasən, keçmiş
quldarların nəsillərindən idi.
Şərti torpaq sahibləri isə feodu qulluq müqabilində dövlətdən alırdılar. Onların bu torpaqları satmaq, bağışlamaq hüquqları yox idi. Suvarma sistemləri böyük xərc tələb etdiyindən feodalların şəxsi təsərrüfatları yox idi. Onlar gəlir əldə etmək üçün istər xüsusi mülkiyyətlərində olan, istərsə də qulluq qarşılığında aldıqları torpaqları kəndlilərə icarəyə verirdilər.
Şərqdə feodal münasibətlərə keçid dövründə cəmiyyətin əsas istehsal qüvvəsi azad kəndlilər idi. Suvarma sistemləri və əkinə yararlı torpaqlar dövlətə məxsus olduğundan yeni yaranan ictimai quruluş dövlət feodalizmi adlanırdı. Bu halda kəndlilərin əksəriyyəti vergini, bir qayda olaraq, dövlətə ödəyirdi.