Ərəblər tərəfindən işğal olunmuş ərazilərdə İslam dininin yayılması nəticəsində yeni bir mədəniyyət formalaşdı. İslamın yayıldığı ərazilərdə ərəb dili elmi və ədəbi dilə çevrildi. Dövlət işləri ərəb dilində aparılır, məktəblərdə ərəb dili tədris olunur və dini ibadətlər bu dildə yerinə yetirilirdi. Qədim Avropa və Şərq xalqlarının mədəniyyəti öyrənilir, müxtəlif dillərdə olan elmi və ədəbi əsərlər ərəb dilinə tərcümə olunurdu.
Geniş ərazili xilafətdə təsərrüfatın inkişafı, böyük şəhərlərin olması və İslam dininin yayılması mədəniyyətin inkişafına təkan verdi. Məscidlərin yanında fəaliyyət göstərən məktəblərdə müqəddəs "Quran" və ərəb dili öyrədilirdi. Məktəbi bitirənlər təhsillərini mədrəsələrdə davam etdirirdi. Alimlərin dərs dediyi mədrəsələrdə dini biliklərlə yanaşı, riyaziyyat, astronomiya və təbabətə aid elmi biliklər də verilirdi.
Əl yazısı ilə meydana
gələn kitablar
mədrəsələrin zəngin
kitabxanalarını
bəzəyirdi. Sonralar
isə Avropada mədrəsələrin
nümunəsində
ali məktəblər
yaradılacaqdı.
Təhsilin inkişafı nəticəsində
elmi biliklər
sürətlə yayılırdı. Xilafətdə
elmi biliklərin
bir çox sahələri inkişaf
edirdi. Sənətkarlıq və ticarətin inkişafı da buna təsir göstərirdi. Hind rəqəmlərindən istifadə edən ərəblər cəbr elminin əsasını qoydular.