T
ürk xalqlarının islamaqədərki mədəniyyətində yazının özünəməxsus
yeri vardır. Qədim türk əlifbası 34 samit və 4 sait olmaqla 38 hərfdən ibarət idi. Kitabələrdəki mətnlər sağdan sola və yuxarıdan aşağıya yazılırdı. Orxon-Yenisey abidələri türk xalqlarına məxsus mühüm yazılı mənbələrdir. V—VIII yüzilliklərə aid abidələr türk xalqlarının yüksək mədəni nümunələr yaratdığını sübut edir. Bunların ən əhəmiyyətliləri Göytürk yazılarıdır.İslamaqədərki dövrdə türk
xalqları Göy Tanrı dininə inanırdı.
Orxon-Yenisey abidələrində
türkün tanrı övladı olması inamı
və türklərin tanrı himayəsində
yaşaması etiqadı əksini tapmışdı.
Qədim türklər memarlıq və
incəsənətin də inkişafına öz
töhfələrini vermişlər. Onlar
şəhərlər salmış, öz xaqanlarının
şərəfinə heykəllər ucaltmış və
yaşayış tərzlərini əks etdirən
rəsmlər çəkmişlər.