"Deyirlər, təkcə bu şəhərin bazar və dükanlarının icarəyə verilməsindən, quru və dəniz yolu ilə şəhərə gələn tacirlərdən alınan vergilərdən əldə edilən gəliri gündəlik 20 000 qızıl pula çatır. Bu ölkənin sakinləri olan yunanlar qızıl və mirvari ilə çox zəngindirlər. Onlar knyaz övladları kimi qızılla işlənmiş bahalı ipək parçalarda at belində gəzirlər".