gini ödəyə bilməyən kəndlilər torpağını itirir və feodallardan asılı vəziyyətə düşürdü. Bu, kəndlilərin təhkimli vəziyyətinə düşməsi ilə nəticələndi. Beləliklə, IX-XI yüzilliklərdə Qərbi Avropada feodal münasibətlərinin formalaşması başa çatdı.
rizə aparan Papanın çağırışı
ilə
962-ci ildə Romaya gəldi.
O,
burada papa tərəfindən
imperator elan edildi. Bununla
da sonralar Müqəddəs Roma
imperiyası adlanan dövlətin
əsası qoyuldu.
İtaliya siyasi dağınıqlıq vəziyyətində
idi. Roma imperiyası
dövründən qalan şəhərlər bərpa olunduqdan sonra dövlət yenidən inkişaf edərək sənətkarlıq və ticarət mərkəzlərinə çevrildi. IX-X yüzilliklərdə bu şəhərlərdən Genuya, Venesiya, Piza, Florensiya özünüidarə hüququ alaraq müstəqil şəhər-respublikalara çevrildi.
Avropada feodal dağınıqlığı
dövrünün ən bariz nümunəsi
Fransa krallığı idi. Fransa
vahid dövlət sayılsa da, ölkə iri
feodal mülklərinə bölünmüşdü.
X yüzilliyin sonlarında hakimiyyətə
Kapetinqlər sülaləsi gəldi.
Yalnız paytaxt Paris və Orlean
arasındakı torpaqlar kral mülkü
hesab olunurdu.
Almaniyada iri feodal mülklərinin
- hersoqluqların birləşməsi
nəticəsində vahid Almaniya
krallığı yarandı. Almaniya kralı
I Otto İtaliyanın şimal hissəsini
öz hakimiyyəti altına aldıqdan
sonra yerli feodallarla müba-