Frank dövlətinin ən qüdrətli
dövrü Böyük Karl (768-814)
adlandırılan hökmdarın hakimiyyəti
illərinə təsadüf edir.
Karl dövləti xarici təhlükədən
qorumaq üçün güclü süvari
ordu yaradaraq yürüşlərə
başladı. Müsəlmanlarla gərgin
döyüşlərdən sonra o, Pireney
yarımadasının şimalında bir
vilayəti ələ keçirdi.
Karlın döyüşkən və çoxsaylı
saks tayfalarına qarşı apardığı
müharibə 30 il davam etdi.
Nəhayət, Karl böyük torpaq
sahələri bağışlamaqla saks
əyanlarını öz tərəfinə çəkib
onları sakitləşdirə bildi. Karlın
Avar xaqanlığına qarşı apardığı
müharibə amansızlığı və qəddarlığı
ilə xüsusilə fərqlənirdi.
İtaliyanın şimalında məskən
salıb Roma papasını təhdid
edən və german tayfasını
məğlub edən Karl bu ərazini
də öz dövlətinə birləşdirdi.
Papa minnətdarlığını bildirmək
üçün 800-cü ildə Karlı Romaya
dəvət etdi. Təntənəli mərasimdə
Papa onun başına qızıl tac
qoyaraq imperator elan etdi.
Karl qohumlarına, frank əyanlarına torpaqlar payladı. Əyanlar bu torpaqlarda yaşayan əhalidən yığdıqları vergilər hesabına özlərinə və dəstələrində olan döyüşçülərə at, silah-sursat almalı idilər. Karlın vaxtında şərti olaraq verilən bu torpaqlar sonradan irsən keçən daimi mülklərə çevrilməyə başladı. İmperatorun bu tədbiri gələcək imperiyanın taleyinə mənfi təsir göstərdi. Onun vəfatından sonra varisləri arasında hakimiyyət üstündə başlanan mübarizə dövləti zəiflətdi. Nəhayət, 843-cü ildə Verden şəhərində Karlın üç nəvəsi öz aralarında bağladığı müqaviləyə əsasən imperiyanı böldü.
Bizans imperiyası və Ərəb xilafəti ilə diplomatik əlaqələr yaradan Karl ordu toplanmasında dəyişiklik etdi. VIII yüzillikdən frank ordusu, əsasən, süvarilərdən təşkil olunmuşdu. Kəndlilərin çox hissəsi at və silah ala bilmədiyi və at belində döyüşməyi bacarmadığı üçün ordudan uzaqlaşdırılmışdı.
İmperiyanın parçalanması nəticəsində
formalaşan üç böyük
krallığın ərazisində sonralar
Fransa, Almaniya və İtaliya
dövlətləri yarandı. Bu bölünmə
Qərbi Avropada iki yüzillikdən
çox (IX-XI) davam edən feodal
dağınıqlığına səbəb oldu. Bu
dövlətlərin hər biri iri feodal
mülklərinə, onlar isə daxildə
daha kiçik feodallıqlara bölündü.
Hər bir iri feodal öz
ərazisində müstəqil fəaliyyət
göstərirdi: öz pulunu kəsdirir,
qanun çıxarır, məhkəməyə
başçılıq edir, istədiyi kimi vergi
qoyur və onu artıra bilirdi.
Feodal dağınıqlığından ən çox
ziyan çəkən kəndlilər oldu. Ver