Siz 6-cı sinifdə dünyanın ən qədim zamanlardan III—V yüzilliklərə qədər olan tarixi dövrü,
ibtidai cəmiyyət, ilk dövlətlərin yaranması, quldarlıq münasibətləri, qədim Şərq sivilizasiyası
və Antik mədəniyyət ilə tanış olmuşsunuz.
İndi 7-ci sinif Ümumi tarix fənninin öyrənilməsinə başlayırsınız. Bu fənn orta əsrlər tarixindən
bəhs edir.
Bu dərslikdə feodal münasibətlərinin meydana gəlməsi, erkən feodal dövlətlərinin yaranması,
siyasi pərakəndəliyin xüsusiyyətləri, mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi, kəndli
üsyanları, işğalçılıq müharibələri, Böyük coğrafi kəşflər, Şərq və Qərb sivilizasiyalarının
özünəməxsus cəhətləri öz əksini tapmışdır.
Bu mövzular ümumi tarixə dair sizin biliklərinizi daha da zənginləşdirəcək, dünyagörüşünüzü
artıracaq, yeni tarixə keçid üçün baza olacaqdır.