R
omalılar Reyn çayından qərbdə yaşayan müxtəlif tayfaları germanlar adlandırdılar.
I yüzillikdə Romanın Reyndən qərbdə yerləşən əraziləri işğal edib, germanları tabe etmək cəhdləri uğursuz olmuşdu.Germanları tabe etməyi çətin və səmərəsiz sayan Roma yürüşlərini dayandırdı və bütün Reyn çayı boyunca müdafiə istehkamları yaradaraq bu tayfaların hücumlarından qorunmağa çalışdı.
I yüzilliyin əvvəllərində german-alman tayfaları qərbdə Reyn çayından şərqdə Visla çayına, şimalda Baltik və Şimal dənizi sahillərindən cənubda Dunay çayına qədər ərazilərə yayılmışdı. Bu dövrdə onlar hələ ibtidai cəmiyyət halında yaşayırdılar.
Ən mühüm məsələlər (sülh və
müharibə, cinayət işləri, tayfa
başçısının seçilməsi) xalq yığıncağında
həll edilirdi.
Yaşadıqları ərazilərin çox hissəsi
meşələrlə örtüldüyündən german
tayfalarının əsas məşğuliyyəti
maldarlıq və ovçuluq idi.
Roma imperiyasının zəiflədiyi dövrdə german tayfaları Reyn çayı boyunca yerləşən sədləri yarıb imperiya ərazisinə qarətçi yürüşlər etdilər. "Xalqların böyük köçü" zamanı german tayfaları Qərbi Roma imperiyasının bir sıra ərazilərini işğal etdi. İmperiyanın tənəzzülü və