Samani dövlətinin ən güclü
dövründə türk tayfaları
Mavərənnəhr vasitəsilə İslam
dininin yayıldığı ərazilərdə
məskunlaşmağa başlamışdılar.
Onların böyük hissəsi Abbasi
xəlifələrinin, ərəb və fars əsilli
vilayət hakimlərinin qulamları
kimi qulluğa qəbul olunurdu.
Dövrün güclü dövlətlərindən
olan samanilərin ordularında
da türk əsilli qulamların xidmətlərindən
istifadə olunurdu.
Samani dövlətində baş verən
daxili çəkişmələrdən istifadə
edən türk qulamları hakimiyyəti
ələ almağa çalışsa da,
istəklərinə nail ola bilmədilər.
Türk qulamı Alptəkin tabeliyində
olan türk əsilli əsgərlərlə
Əfqanıstanda yerləşən Qəznə
şəhərinə getdi. Burada yerli
hakimi uzaqlaşdırdıqdan sonra
Qəznədə möhkəmləndi. Beləliklə,
962-ci ildə burada yeni
dövlətin - Qəznəli dövlətinin
əsası qoyuldu.
Qəznə şəhərinin yerləşdiyi
Əfqanıstanda türklərin mövcudluğu
İslamdan əvvəlki dövrlərə
təsadüf edir. Qəznəli dövlətinin
qurulması ilə buraya türk axınları
davam etməyə başladı.
Mahmud Qəznəlinin (998-
1030) hakimiyyəti dövründə
Qəznəli dövlətinin qüdrəti
daha da artdı. Samani
dövlətinin qaraxanlılar tərəfindən süquta uğradılması ilə onun əraziləri iki dövlət arasında bölüşdürüldü. Bunun nəticəsində Xorasan, Xarəzm, Sistan və Əfqanıstan tabe
İslamın qəbul edilməsindən sonra türk cəmiyyətlərində əhəmiyyətli dəyişikliklər baş verdi. Qaraxanlı və Qəznəlidə köçəri həyat tərzi yaşayan tayfalar oturaq həyat tərzinə keçdi. Şifahi ədəbiyyat tədricən öz yerini yazılı ədəbiyyata verməyə başladı. Memarlıqdan sənətkarlığa, təhsildən elmə qədər bütün sahələr İslamın yayılması ilə böyük bir inkişaf yaşadı. Xarəzm, Buxara, Daşkənd və Səmərqənd kimi şəhərlər elm və sənətkarlıq mərkəzlərinə çevrildi.
edilərək Qəznəli dövlətinin
tərkibinə daxil edildi.
Mahmud Qəznəlinin xarici
siyasətinin əsasını Hindistanın
işğalı tuturdu. Onun hakimiyyətinin
böyük dövrünü Hindistana
yürüşlər təşkil edir. Bu yürüşlər
nəticəsində o, Hindistanın
şimal və şimal-qərbində olan
məhsuldar torpaqları Qəznəli
dövlətinə birləşdirildi. Hindistanın
zəngin sərvətlərinə sahib
olan Qəznəli dövləti iqtisadi
baxımdan möhkəmləndi. Mahmudun
bu qələbə xəbəri bütün
İslam dünyasına yayıldı. Abbasi
xəlifəsi tərəfindən sultan tituluna
layiq görülən Mahmud Qəznəli
bu mənsəbə yüksələn ilk türk
hökmdarı oldu. Sultan Mahmud
hakimiyyətini Rey, Həmədan və
İsfahan şəhərləri daxil olmaqla
Qərbi İrana qədər yaydı. O, ömrünün
sonuna yaxın oğuz-səlcuq
tayfalarının Xorasanda
yerləşməsinə icazə vermişdi.
Sultan Mahmudun ölümündən
sonra Qəznəli dövlətində taxt-tac
uğrunda mübarizə qızışdı.
Daxili ziddiyyətlər, idarəetmənin
pozulması dövlətin
qüdrətini zəiflətdi. 1040-cı ildə
Dəndənəkan döyüşündə səlcuqların
qəznəlilərin ordusuna
qalib gəlməsi dövlətin nüfuzuna
böyük zərbə vurdu.
XII yüzilliyin ikinci yarısında
qəznəlilərin türk əsilli Qurlu
tayfaları ilə münasibətləri kəskinləşdi.
Getdikcə qüvvətlənən
qurlular Qəznə şəhərinə hücum
edib şəhəri yandırdılar. Qəznəli
hökmdarı paytaxtı yeni şəhərə
- Lahora köçürməyə məcbur
oldu. Bundan sonra onların
hakimiyyəti yalnız Şimal-Qərbi
Hindistandan ibarət olsa da,
qurlular Qəznəli dövlətinə
1187-ci ildə son qoydu.