İslam mənbələrində qaraxanlılar
Əfrasiyab sülaləsi kimi də
tanınır.
Qaraxanlı İslam dinini ilk qəbul
edən türk dövlətlərindən biri
olmuşdur. Satuk Buğra xanın
İslamı rəsmi dövlət dini qəbul
etməsi ilə Türküstan ərazisində
yaşayan əhalinin böyük hissəsi
bu dini qəbul etdi.
və Qaraqorum dağlarına
qədər geniş əraziləri əhatə etdi.
Qaraxanlı dövlətində şəhərlər
ticarət yolları üzərində
yerləşdiyi üçün inkişaf edirdi.
Paytaxt şəhərlər olmuş Kaşğar,
Balasaqun, Uzgenlə yanaşı,
Səmərqənd, Buxara, Ürgənc və
Termez şəhərləri də əsas ticarət
mərkəzləri kimi məşhurlaşmışdı.
1042-ci ildə Qaraxanlı dövlətində
feodal dağınıqlığı və daxili
çəkişmələr artdı. Dövlət Şərqi
və Qərbi Qaraxanlı dövlətlərinə
parçalandı. XIII yüzilliyin
əvvəllərində Şərqi Qaraxanlı
qarakitaylar, Qərbi Qaraxanlı isə
Xarəzmşahlar tərəfindən süquta
uğradıldı.