Dövlətdə feodalların bir-biri ilə mübarizəsi, hakimiyyət uğrunda çəkişmələr yadelli basqınlara səbəb oldu. Qıpçaqların fasiləsiz hücumları nəticəsində 1000-ci ildə Oğuz dövləti dağıldı. Dövlətin süqutundan sonra Oğuz tayfalarının bir hissəsi Qara dənizin şimalına, oradan da Balkan yarımadasına yayıldı.