Oğuz adına İlk dəfə Orxon-
Yenisey abidələrində rast gəlinir.
"Oğuz" sözü boy, qəbilə və ya
tayfa mənalarını verən "ox" sözünün
cəm şəkilçisi ilə birləşməsindən
əmələ gəlmişdir. "Oğuz"
adı ərəbdilli mənbələrdə "quz"
slavyan mənbələrində isə "türk"
şəklində işlənmişdir. "Boz ox" və
"Üç ox" qollarına ayrılan oğuzlar
24 boydan ibarət olmuşdur.
Oğuzların böyük hissəsi I və II
Göytürk xaqanlıqlarının hakimiyyəti
altında olmuşdur.
II Göytürk xaqanlığının dağılmasından
sonra oğuzlar Uyğur
dövlətinin hakimiyyəti altına
düşdü.
Mərkəzi Asiyada Seyhun
çayı ilə Xəzər dənizi arasında
yerləşən boylar 950-ci ildə
Oğuz dövlətinin əsasını qoydu.
Mərkəzi Yenikənd olan bu dövlət
bir sıra mənbələrdə Oğuz
Yabqu dövləti kimi də tanınır.
Dövlətə yabqu adlanan hökmdar
başçılıq edirdi. Yabqudan
sonra ölkədə ikinci şəxs sayılan
ordu başçısı subaşı adını daşıyırdı.
Dövlət başçısının köməkçisi
gülərgin adlanırdı.
Hökmdarın yanında məşvərətçi
orqan olan divan fəaliyyət
göstərirdi.
Göy tanrıya sitayiş edən oğuzlar
X yüzilliyin ortalarında İslam
dinini qəbul etdilər. İslam və
türk mədəniyyətlərini özündə
birləşdirən oğuzlar yeni dinin
möhkəmlənməsində böyük rol
oynadılar.