Şimal-Şərqi İranı əhatə edirdi.
Bu ərazilərdə əhalinin böyük
hissəsi türklər idi. Ona görə
də idarəçilikdə türk əyan və
sərkərdələri üstünlük təşkil
edirdi.
İri feodalların müstəqilləşməsi
mərkəzi hakimiyyətin zəifləməsinə
səbəb oldu. Bundan
istifadə edən qaraxanlılar
Samani dövlətinə yürüşlər
təşkil etməyə başladı. 999-cu
ildə Buxara tutuldu və Samani
dövləti süqut etdi.