SAMANİ, OĞUZ,
QARAXANLI, QƏZNƏLİ
DÖVLƏTLƏRİ

Samani, Yabqu, Oğuz, Qaraxanlı, Böyük xan, Əfrasiyab, Sultan
Mahmud, Qəznə, Dəndənəkan

M

ərkəzi Asiyada baş vermiş xalq hərəkatı xilafə-
tin dayaqlarına

zərbə vurdu. Bu hadisələr türk əsilli yerli feodalların dövlət idarəsində fəal iştirakına səbəb oldu.

Üsyanların yatırılmasında xidmətləri olan Saman nəslinin nümayəndələri Mərkəzi Asiyada xilafətin canişinləri təyin olundular.

Samanilər sülaləsinin banisi Saman Xudat olmuşdur. 875-ci ildə mərkəzi Buxara şəhəri olan Samanilər dövlətinin əsası qoyuldu.

Samani dövlətinin mövcud olduğu qısa tarixi dövr ərzində Mərkəzi Asiyada əkinçilik və ticarət inkişaf etmiş, çəltik, pambıq, üzüm və ipək istehsalı artmışdır.

Sənətkarlıq və ticarət şəhərlərin inkişafında mühüm rol oynayırdı.

Ölkənin paytaxtı ilə yanaşı, Səmərqənd, Mərv, Nişapur və Herat da yüksəliş dövrünü yaşayırdı. Tacirlər Şərqi Avropa, Bizans, Çin və Xəzərətrafı ölkələrlə əlaqələr saxlayırdılar.
Samanilər İslam dininin Mərkəzi Asiyada möhkəmlənməsində də böyük rol oynamışdır. X yüzilliyin birinci yarısında dövlət yüksəliş dövrünü yaşayırdı. Bu dövrdə dövlətin ərazisi Mavərənnəhr, Xorasan,
Samani dövləti