Beləliklə, dövlətin ərazisi VII
yüzillik və VIII yüzilliyin I yarısında
Atlantik okeanından Hindistan
və Çinə qədər uzanan
ərazini əhatə etdi. Geniş ərazili
bu dövlət Xilafət adlanırdı. Xilafətdə
dövlət dili ərəb dili idi.
Ərəb xilafətini imperiya
adlandırmaq olarmı?
Xilafət torpaqları əmirliklər adlanan
vilayətlərə bölünmüşdü.
Əsas pul vahidləri qızıl dinar və
gümüş dirhəm idi. Əsas vergi
olan
xərac torpaqdan istifadə
müqabilində alınırdı. İslamı
qəbul etməyən 15 yaşından 60
yaşına qədərki kişilərdən
cizyə
alınır və onlar bunun müqabilində
hərbi xidmətdən azad
olunurdular.
IX yüzillikdə Misir, Mərkəzi
Asiya, Azərbaycan, İran və
Əfqanıstan Bağdad xilafətindən
ayrıldı. Xilafətin dağılmasında
Azərbaycanda yayılan Xürrəmilər
hərəkatının, xüsusilə
Babəkin azadlıq mübarizəsinin
(816-837)böyük rolu oldu.
Xəlifə Mötəsim (833-842)
Bizans imperiyasına və Xilafətdəki
üsyanlara qarşı mübarizədə
türklərdən istifadə edirdi.
IX yüzilliyin II yarısında dövlətdə
və orduda türklər mühüm rol
oynayırdılar. Xəlifələr tədricən
türk hərbi başçılarından asılı vəziyyətə
düşürdü. Belə hərbçilərdən
biri də Azərbaycan sacilər
sülaləsinin əsasını qoyan və Afşin
titulu daşıyan Əbu Sac idi.
Nə üçün Bizans imperiyasına
qarşı mübarizədə
türklərdən istifadə
olunurdu?
Xilafət tarixinin dövrləri:
1.
Məhəmməd peyğəmbər və ondan sonra gələn 4 xəlifənin -
Əbu Bəkir, Ömər, Osman və Əlinin dövrü. Bu dövrdə paytaxtı
Mədinə və Məkkə şəhərləri olan Ərəb dövləti yeni yaranır və
inkişaf edirdi.
2.
Əməvİlər sülaləsinin hakimiyyəti (661-750) dövrü. Bu dövrdə
paytaxt Dəməşq (Şam) şəhəri idi.
3.
Abbasilər sülaləsinin hakimiyyəti (750-1258) dövrü. 762-ci ildə
Bağdad şəhərinin əsası qoyulmuş və paytaxt Dəməşqdən Bağdada
köçürülmüşdü. Ona görə abbasilər sülaləsinin idarəçiliyi
dövrü Bağdad xilafəti də adlandırılır.
Ərəb dövlətinin tarixinin dövrlərə bölünməsini
izah edin.
Xilafətdə torpaq sahibliyinin formaları:
1.
dövlət torpaqları
2.
irsən keçən mülk torpaqları
3.
xidmət qarşılığında verilən və irsən keçməyən iqta torpaqları
4.
müsəlman dini idarələrinə mənsub olan vəqf torpaqları
5.
icma torpaqları
"Bizlər sizin zənn etdiyiniz kimi dürüst bir millət
deyildik. Əziz və cəlil Allah bizləri Həzrəti
Məhəmmədin
vasitəsilə hidayətə çatdırdı, İslam dini ilə
şərəfləndik...
Tüflə (Jiflisdəki müsəlman icmasının başçısı) həm də bizə
sizin dostluq və sülh içində yaşamaq istədiyinizi söylədi.
Mən və mənim yanımdakı möminlər bu anlaşmanı çox
istəyirdik. İndi mən sizə Əbdürrəhman ibn Cəz əs-Süləmini
göndərirəm. O bizim içimizdə Allahın elmini ən yaxşı
bilən və "Quran-i Kərim"i ən yaxşı oxuyandır. Tüflə ilə sizə
"aman" (müqavilə) göndərirəm. Əgər qəbul etsəniz, o bu
müqaviləni sizə verəcəkdir. Əgər bundan çəkinərsinizsə, o
zaman sizinlə eyni şərtlərlə müharibə edəcəyik. Şübhəsiz,
Allah xain və qorxaqları sevmir".
Müsəlman sərkərdəsi Həbib ibn Məsləmənin 644-cü ildə
Tiflis əhalisinə gördərdiyi məktubdan