İslam dininin təməl kitabı
"Qu ran "dir. "Quran" sözünün
mənası "oxumaq" deməkdir.
23 ilə tamamlanmış "Quran"
114 surədən, surələr isə
ayələrdən ibarətdir.
İslamı qəbul edən hər bir
şəxs aşağıdakı şərtlərə əməl
etməlidir:
Kəlmeyi-şəhadəti ('Allah təkdir, Məhəmməd onun elçisidir") bilməli;
Namaz qılmalı;
Ramazan ayı boyunca oruc tutmalı;
Zəkat verməli;
İmkan daxilində Məkkədəki Kəbəni ziyarət etməlidir.
Məhəmməd peyğəmbərin vəfatından
sonra dövləti xəlifələr
(peyğəmbərin müavinləri) idarə
etməyə başladılar.
Müsəlmanlar Ərəbistan yarımadasına
hakim olduqdan sonra
qonşu Bizans və Sasani torpaqlarının
fəth edilməsinə başladılar.
Müsəlmanların ədalətli
davranışlarını görən əhali çox
vaxt müqavimət göstərmirdi.
VIII yüzilliyin əvvəllərində ərəblər
Şimali Afrika ölkələrini fəth
etdilər. 711-ci ildə Tariqin başçılığı
ilə müsəlman qoşunları Afrika
ilə Avropanı ayıran boğazı
keçərək İspaniyaya daxil oldu.
Tariqin şərəfinə həmin boğaz
indi Cəbəllütariq boğazı adlanır.
Vestqotları darmadağın edən
müsəlmanlar İspaniyanı tutub,
Frank krallığına yürüş etdilər.
732-ci ildə Puatye döyüşündə
frankların ciddi müqaviməti ilə
qarşılaşan müsəlmanlar Avropanın
içərilərinə doğru hərəkətlərini
dayandırdılar.
Eyni zamanda Qafqaz və
Mərkəzi Asiyanı işğal edən
islam orduları Şərqdə Çinə və
Hind vadisinə gedib çıxdılar.