Ə
rəbistan yarımadası Asiya və Afrika qitələrinin qovuşduqları ərazidə yerləşir.
Yarımadanın cənubunda su və yağış bol olduğundan əhali burada daha çox idi. Cənub bölgələrinin əhalisi, əsasən, əkinçiliklə məşğul olurdu. Yarımadanın şimalındakı və mərkəzindəki səhralarda isə köçəri maldarlar - bədəvilər yaşayırdılar. Bütpərəst ərəblərin ziyarətgahı olan Kəbə Məkkə şəhərində yerləşirdi. Əksəriyyəti bütpərəst olan ərəblər içərisində xristianlığa, yəhudi dininə və zərdüştiliyə inananlar da var idi.