Qafqazda ərəblərin hakimiyyətinin zəifləməsi nəticəsində Abxaziya və Kartli qismən müstəqillik qazansa da, Cənubi Qafqazın mərkəzində ən güclü dövləti Tiflis və Dumanın müsəlman əmirlikləri idi.
Azərbaycan ərazisindəki feodal pərakəndəliyindən istifadə edən yəhudi mənşəlli Baqratlı sülaləsinə mənsub abxaz-Kartli (gürcü) hakimləri şərqə doğru hücumları artırdılar. Onlar Bizansın yardımı ilə Cənubi
Qafqazın mərkəzi hissəsini
də ələ keçirməyə çalışırdılar.
Abxaz-Kartli hökmdarı III Baqrat
Qaxeti ələ keçirdi. Baqratlı
sülaləsinin digər qolu isə Van
ətrafında möhkəmlənməyə
çalışırdı.
X yüzillikdə baqratlıların
Cənubi Qafqazı tamamilə ələ
keçirmək cəhdlərinin qarşısı
Saci və Salari dövlətləri tərəfindən
alındı.
XI yüzilliyin ortalarında Bizansın
himayə etdiyi Baqratlı sülaləsi
hakimlərinin Cənubi Qafqazda
işğalçılıq siyasəti Oğuz-Səlcuq
türklərinin bölgəyə axınları nəticəsində
tamamilə puça çıxdı.