inanırdı. O, insanlar arasındakı
bərabərsizliyə qarşı çıxır, dünya
malının hamı arasında bərabər
bölünməsini istəyirdi.
V yüzilliyin 80-ci illərində fəaliyyətə
başlayan Məzdəkin tərəfdarları
iri feodalların mülklərini
dağıdır, onların xəzinələrindəki
var-dövlətini kasıblar arasında
paylayırdılar. Sasani hökmdarı
Məzdəkdən iri feodallara qarşı
mübarizədə istifadə etdi. Lakin
bu hərəkatın tədricən onun
özünə qarşı çevriləcəyindən
qorxaraq VI yüzilliyin 20-ci illərində
məzdəkilərə divan tutdu.
Məzdəkilər hərəkatı yatırılsa da, hakimiyyətə gələn I Xosrov vergi siyasətində kəndlilərin xeyrinə bəzi güzəştlər etməyə məcbur oldu.
Ərəbistan yarımadasında möhkəmlənən müsəlmanların sasanilərlə ilk toqquşmaları Mesopotamiya ərazisində baş verdi. Bizansın da yardımına baxmayaraq, sasanilər ardıcıl olaraq ağır məğlubiyyətlərə uğradılar. Nəticədə Sasani dövləti 651-ci ildə süqut etdi.