öz dövlət dinlərini yaymağa çalışırdı. Qafqazın cənubunda hakimiyyətdə qalan Partiya arşakiləri Ön Asiyanın və Mesopotamiyanın bir hissəsini onların əlindən qoparmış sasanilərin deyil, Romanın dövlət dinini qəbul etdilər. Sasanilərin Qafqaz əhalisinə zərdüşt dinini qəbul etdirmək cəhdi uğursuzluqla nəticələndi.
Lakin türklərin Bizans tərəfindən savaşa girməsi müharibənin gedişini tamamilə dəyişdi. Sasanilər ağır məğlubiyyətə uğradı. Bizansla sülh bağladıqdan sonra türkləri Qafqazdan çıxarmaq istəyən sasanilər 630-cu ildə Göyçə
gölü sahillərində türklər tərəfindən darmadağın edildi.
Qafqazda yerli əhalinin çoxunun
tanrıçılıq dininə inanan
türklərdən ibarət olması da
sasanilərin burada möhkəmlənməsinin
qarşısını aldı.
Türklər tərəfindən dəfələrlə
məğlub edilən sasanilər onlara
qarşı mübarizə aparmaq
üçün Xəzər dənizi sahillərində
istehkamlar və qalalar tikmiş,
bu ərazilərə soydaşlarını
köçürmüşdülər. Türklərə qarşı
mübarizədə sasanilər hətta qatı
düşmənləri olan Bizans imperatorluğu
ilə ittifaq bağlamışdılar.
VII yüzilliyin əvvəllərində Bizansa
qarşı başladığı müharibədə
sasanilər xeyli uğur qazandılar.