BuIqarlar erkən orta əsrlərdə
çox geniş bir ərazilərdə
-Volqaboyunda, Qafqazda,
Ön Asiyada və Şərqi Avropada
məskunlaşmışdılar. Attilanın
ölümündən sonra hunların bir
hissəsi Azov və Xəzər dənizləri
arasında daha əvvəllər yaşayan
bulqarlarla qarışdı.
Bir müddət Avar xaqanlığı tərkibində
olan buIqarlar 630-cu
ildə Qurd xanın başçılığı altında
Böyük Bulqar dövlətini qurdular.
Az sonra bu dövlətin qonşuluğunda
Göytürk xaqanlığının varisi
olan Xəzər dövləti yarandı.
Qurd xanın ölümündən sonra
Azov dənizi ilə Xəzər dənizi
arasındakı ərazilərdə yaşamağa
davam edən buIqarlar Xəzər
xaqanlığına tabe oldu. Onlara
"qara bulqarlar" deyilirdi.
Qotraq xan Orta Volqaboyunda
yaşayan qohum tayfalarla
birlikdə müstəqil Türk dövlətinin
əsasını qoydu. Dövlətin
paytaxtı əvvəlcə Bulqar, sonra
isə Bilər (Bilyar) şəhərləri oldu.
922-ci ildə Qotraq xanın varisi
İslam dinini qəbul etdi.
Yaratdıqları güclü ordu hesabına
bulqarlar dəfələrlə
ölkələrinə soxulmuş slavyanların
hücumlarını qətiyyətlə dəf
edərək geri oturtmuşdular.
Bulqarların bir hissəsi Qurd xanın
oğlu Qotraq xanın başçılığı altında
şimala doğru gedərək Volqa,
Don, Kama sahillərində müstəqil
dövlət yaratdı. Onun tərkibində
7 türk eli birləşdiyindən Volqa
çayı və onun ətrafına Yeddi el
(İdil) deyilirdi. Bu dövlətin əhalisi
"ağ bulqarlar" adlanırdı.
Qurd xanın digər oğlu Asparux
("Esperi" qədim türk dilində
"şahin" deməkdir) xan isə ona
tabe olan bulqarlarla Dunay
sahillərinə doğru hərəkət etdi.