Qərb slavyanlarının avarlarla
bağlı çoxlu rəvayətləri vardır.
Onlardan birində deyilir: "Avarların
boyları o qədər uca idi.
ki, ən hündür ağaclar onların
dizlərinə çatırdı. Avar döyüşçüsü
çəkməsinə yapışan palçığı
təmizlədikdə təpə yaranırdı".
İndi də çex, slovak və polyak
dillərində avar sözü "nəhəng",
"qüdrətli" mənasında işlənir.