IX yüzilliyin əvvəllərində Frank
imperatoru Böyük Karl Avar
dövlətinin paytaxtını işğal etdi.
Bundan sonra avarlar yalnız
indiki Macarıstanın şərqində,
Rumıniyanın və Bolqarıstanın
şimalındakı əraziləri əllərində
saxlaya bildilər. Buradakı
avarlar Asiyadan köçüb gəlmiş
tayfalarla birlikdə Macarıstan
krallığını qurdular.
Avar xaqanlığı indiki slavyanların,
almanların, macarların və
rumınların mədəni həyatında
mühüm rol oynamışdır.
Avropalı tarixçilərin yazdığına
görə, "Meşələrdə həyat
sürməyə öyrəşmiş slavyanlar
avarlardan dövlət qurmağı və
döyüşməyi öyrəndilər".