Çur Çinə yürüş edib imperatorun hakimiyyətini bərpa etdi. Çinlilər isə əvəzində uyğurlara ipəklə xərac ödəməli oldular.
müharibə etməməyi təbliğ
edirdi. Bu da uyğur türklərinin
döyüş ruhunu aşağı saldığı
üçün əhali arasında qəbul
olunmurdu. Nəticədə Uyğur
dövlətində dini pərakəndəlik
baş verdi.
IX yüzilliyin əvvəllərində
xaqanların sui-qəsd nəticəsində
öldürülməsi, dini pərakəndəlik
Uyğur dövlətini zəiflətdi.
Yaranmış şəraitdən tabe edilmiş
tayfalar, o cümlədən qırğızlar
istifadə edərək IX yüzilliyin
40-cı illərində Uyğur dövlətinin
varlığına son qoydular.
Uyğurlar yüksək şəhər mədəniyyətinə
malik xalq olmuşdur.
Onlar yeni şəhərlər salır, dağılmış
şəhərləri isə bərpa edirdilər.
Uyğur dövlətinin İpək yolu
üzərində yerləşməsi şəhərlərin
inkişafına, ticarət əlaqələrinin
genişlənməsinə şərait yaratmışdır.
Avropalılardan əvvəl kağız
istehsal edən uyğurlar mətbəə
yaratmışdılar. Maniçiliyin yayılması
üçün lazım olan kitablar
mətbəədə çap olunurdu.
Uyğurlar kitab çapını çinlilərdən
öyrənmişdilər. Ərəblər isə bunu
uyğurlardan mənimsəmiş və
Avropaya yaymışdılar.