dövlətinin ən yüksək inkişaf
dövrü hesab edilir.
Dövlətin möhkəmləndirilməsində
Bilgə xaqanın yaxın
köməkçiləri: qardaşı Kül tiginin
və məsləhətçi Tonyukukun
böyük rolu olmuşdur.
Onun dövründə Mərkəzi Asiyada
olan digər türk tayfaları da Göytürk
dövlətinə tabe edildi. Bilgə xaqan
göytürklərə qarşı
düşmənçilik siyasəti yeridən Çin
üzərinə uğurlu yürüşlər etdi.
Ancaq əvvəlcə Tonyukuk və Kül tiginin, sonra isə Bilgə xaqanın ölümü VIII yüzilliyin 30-cu illərində II Göytürk dövlətinin zəifləməsinə səbəb oldu. Şahzadələr arasında hakimiyyət uğrunda aparılan mübarizələr vəziyyəti daha da ağırlaşdırdı. Tabe edilmiş digər türk tayfaları, xüsusilə də uyğurlar yaranmış şəraitdən istifadə edərək 744-cü ildə hakimiyyəti ələ keçirdilər.
Uyğurlar Mərkəzi Asiyada
yaşayan türk tayfalarından idi.
Onlar haqqında ilk məlumatlar
II yüzilliyə aiddir. Bir müddət
göytürklərdən asılı olan uyğurlar
onların zəifləməsindən
istifadə etdilər.
Göytürklərin hakimiyyətinə son
qoyan uyğurlar öz dövlətlərini
yaratdılar. Paytaxtı Ordu şəhəri
olan Uyğur dövlətinin qurucusu
Qutluq Bilgə Kül xaqan
idi. Qutluq Bilgə Kül xaqanın
vəfatından sonra hakimiyyətə
oğlu Moyon Çur xaqan gəldi.
Onun hakimiyyətə gəlişi əvvəlcə
narazılıqla qarşılansa da, o,
hakimiyyətini möhkəmləndirə
bildi.
Talas vadisində ərəblərlə çinlilər
arasında baş verən döyüşdə
çinlilər məğlub olub Mərkəzi
Asiyadan geri çəkilməli oldular.
Həmin torpaqlara ərəblər deyil,
Moyon Çurun başçılığı ilə uyğurlar
sahib oldu.
Talas məğlubiyyəti uyğurlara
Çinin daxili işlərinə müdaxilə
etməyə də şərait yaratdı. Belə
ki anası türk olan Çin sərkərdəsi
imperatoru devirib hakimiyyətə
sahib oldu. İmperator hakimiyyətini
bərpa etmək üçün uyğurlardan
kömək istədi. Moyon