qarşı aparılan mübarizəni
davam etdirmiş və onları qovmağa
nail olmuşdu. O, qonşu
dövlətləri, xüsusilə Çini asılı
hala salmışdı.
İstəmi xan xəzərləri tabe etdikdən
sonra Bizans üzərinə uğurlu
hücum etsə də, diplomatik
münasibətlərə üstünlük verdi.
Əsas səbəb sasanilərin ortaq düşmən olması idi. Sasanilər onların mühüm ticarət yollarından istifadə etməsini məhdudlaşdırmışdılar. Sasanilərlə birlikdə Ağ Hun dövlətinə son qoyduqdan sonra keçmiş müttəfiqlər arasında narazılıq yarandı.
İstəmi xan sasanilərin ağ hunlara ödədikləri verginin indi göytürklərə verilməsini tələb etdi. Bu tələb onlar arasında müharibəyə səbəb oldu. Müharibə nəticəsində üstünlük qazanan göytürklər Soqdiana vilayətinə sahib oldular.