A
siya Hun (Böyük
Hun) dövlətinin
dağılmasından
sonra Altay dağlarının
ətəklərində yerləşən
hunların bir qismi burada dövlət
yaradan avarlara (jujanlara)
sığınmışdı. Onlar dəmirçiliklə
məşğul olur, avarlar üçün silah
düzəldirdi. Avarların tərkibində
Bumın xaqanın
heykəli
olmasına baxmayaraq, hunlar
digər türk tayfaları ilə qaynayıb-
qarışaraq çoxalırdılar. Bu
tayfalar daha çox göytürk adı
ilə xatırlanır. Onların başçısı isə
Aşina nəslindən olan Bumın
xaqan idi. Avarların zülmünə
qarşı mübarizə aparan göytürklər
onları ağır məğlubiyyətə
uğratmış və 552-ci ildə yeni
bir türk dövlətinin -I Göytürk
xaqanlığının əsasını qoymuşdular.
Dövlətin paytaxtı Ötükən
şəhəri idi.
Göytürk dövləti hansı
şəraitdə yarandı?
Göytürklər türk adını ilk dəfə
rəsmi dövlət adı olaraq qəbul
etmişdilər.
Türk dövlətlərinin əraziləri çox
böyük olduğundan idarəçilik
çətin idi. Buna görə də dövlətlər
şərti olaraq iki hissəyə
ayrılırdı. Əsas hissəyə xaqan,
digər hissəyə isə xaqan nəslindən
olan məşhur sərkərdələr
başçılıq edirdi.
Muğan xaqanın hakimiyyəti
dövründə
yabqu (xaqandan
sonra ikinci şəxs) olan istəmi
xan dövlətin Qərb vilayətlərini
idarə edirdi. Ağıllı, igid və tədbirli
bir hökmdar olan Muğan
xaqanın tədbirləri nəticəsində
Göytürk dövləti özünün
qüdrətli çağını yaşamışdır. O,
dövləti gücləndirərək ərazisini
genişləndirmə siyasəti yürüdürdü.
Muğan xaqan avarlara