hərəkətini hesablamışdılar. Onlar Günəşin və Ayın tutulmasını əvvəlcədən xəbər verə bilirdilər. Riyaziyyatın, astronomiyanın inkişafını onların Çiçen-İtsada ucaltdıqları pilləli ehramları, rəsədxanaları da sübut edir.
Asteklərin paytaxtı Mexiko
şəhərində məktəblər var idi.
Burada varlı ailələrin uşaqları
təhsil alırdı. Onlara əkinçilik,
sənətkarlıq və hərbi iş öyrədilirdi.
Astek ustalarının çaxmaqdaşından
düzəltdikləri bıçaqlar,
naxışlı gil qablar, mis sırğalar
gözəl sənət əsərləri idi.
İnklər dağlıq ölkə olan Peruda
yaşayırdılar. Ölkədə poçt
rabitəsi yaxşı inkişaf etmişdi.
Bunun üçün inklər keçilməz
dağlarda tunellər tikir, dərin
dərələr üzərində asma körpülər
salırdılar. İnk sənətkarları
pambıq parçadan naxışlı
xalçalar hazırlayır, gil qablar
düzəldirdilər. İnklərdə yaxşı
təlim verən məktəblər var idi.
Kolumbaqədərki Amerika xalqlarının
mədəniyyəti orijinallığı
və özünəməxsusluğu ilə seçilirdi.
Bu mədəniyyət Avropa və
Asiya xalqlarının mədəni təsiri
olmadan yaradılmışdı.