O, Romada Müqəddəs Pyotr kilsəsinin tikintisinə rəhbərlik etmişdir. Rafaelin ən məşhur əsəri "Məryəm ana"dır.
İntibah dövrünün dahi sənətkarları bəşəriyyəti bu gün də valeh edən nadir incilər yaratmışlar. İtaliya mədəniyyətinin təsiri altında Almaniya, İspaniya və Hollandiya rəssamları dünya incəsənətinə çox yeniliklər gətirmişlər.
Amerikada yaşayan xalqlar içərisində mayyalılar əldə etdikləri mədəni nailiyyətlərə görə digərlərindən seçilirdi. Onların heroqliflərdən ibarət öz yazıları olmuşdur. Mayyalıların təqvimi qədim xalqların ən
dəqiq təqvimlərindən biri idi. Təqvimin yaradılması riyaziyyatın inkişafı ilə bağlı idi. Mayyalılar hindlilərdən qabaq sıfır rəqəmindən istifadə etmişdilər. Mayya kahinləri planetlərin Günəş ətrafında